Rusiyada qətl törədən Şəkidə tutulub

Rusiyada qətl törədən Şəkidə tutulub

19 Oktyabr 2015 14:41
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyada axtarışda olan şəxs Azərbaycanın Şəki şəhərində tutulub.

Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Şəki şəhər Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 18-də şəhər sakini Məmmədəli Nadirovu qızı barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib ondan 500 manat almış həmyerlisi, əvvəllər məhkum olunmuş Elşən Hüseynov tutulub.

E.Hüseynovun Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olması müəyyən edilib.

Mediainfo.az