Oğurluqda şübhəli bilinənlər tutulub

Oğurluqda şübhəli bilinənlər tutulub

16 Oktyabr 2015 15:03
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda oğurluqda şübhəli bilinən şəxslər tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Xəzər rayon Polis İdarəsi (RPİ) Cinayət Axtarış Şöbəsinin və 1-ci Polis Bölməsinin (PB) əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, oktyabrın 14-də gecə saatlarında Şağan qəsəbəsində Salyan rayon sakini Gülnar Nəzərovanın içərisində 200 manat və mobil telefon olan əl çantasını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən əvvəllər məhkum olunan Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Vüqar İlqar oğlu Şükürov tutulub.

Sabunçu RPİ 15-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, oktyabrın 15-də günorta saatlarında Pirşağı qəsəbəsində Sahib Abbasova məxsus yardımçı tikilidən məişət əşyaları oğurlamaqda şübhəli bilinən qəsəbə sakini, 2001-ci il təvəllüdlü Bəxtiyar Əhmədov müəyyən olunaraq saxlanılıb.

Hər bir faktla bağlı araşdırma aparılır.

Mediainfo.az