
Azərbaycanın Gəncə şəhərində iki piyada avtomobillə vurulub
Bu gün səhər saatlarında Gəncə-Göygöl yolunda naməlum avtomobil yolu keçmək istəyən 50-55 yaşlarında kişini vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.
Digər hadisə Gəncə şəhəri Nizami küçəsində qeydə alınıb. Ağdaş rayon sakini, 1995-ci il təvəllüdlü tələbə Afaq Bayramova avtomobil tərəfindən vurulub. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir. Hər iki fakt üzrə Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
Mediainfo.az
Digər xəbərlər