
Sutka ərzində daha 3 insanın meyiti tapıldı
Sutka ərzində ölkənin müxtəlif yerlərində 3 insanın meyiti tapılıb. Mediainfo.az xəbər verir ki, onlardan heç birinin üzərində zorakılıq əlamətləri aşkar edilməyib.
Nəsimi RPİ-dən daxil olan məlumata görə, rayon ərazisində Bakı şəhər sakini Qalina İsmayılovanın üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.
Göygöl RPİ-dən daxil olan məlumata görə, Quşqara çayının Göygöl rayonunun Yalqışlaq kəndi ərazisindən keçən hissəsində Qızılca kənd sakini Natiq Nəbiyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.
Cəlilabad RPİ-dən daxil olan məlumata görə, rayonun Bayxanlı kəndində, sərhəd zolağına yaxın ərazidə üzərində zorakılıq əlamətləri görünməyən 25-30 yaşlı kişi meyiti tapılıb.
Hər üç fakt üzrə cinayət işi açılıb, araşdırma aparılır.
Mediainfo.az