
Bakıda quldurluq yolu ilə mağazanı qarət etmiş cinayətkar dəstə tutuldu
Bakıda quldurluq yolu ilə mağazanı qarət etmiş cinayətkar dəstə zərərsizləşdirilib. Xətai RPİ 37-ci PB-dən Mediainfo.az-a daxil olan məlumata görə, bölmənin əməkdaşlarının bu gün səhər saatlarında həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 4-də Məhəmməd Səfərzadəyə məxsus mağazadan quldurluq yolu ilə 190 manat aparmış Bakı şəhər sakinləri Əli Hüseynov, Samir Qafarov və Rəvan Əliyev tutulublar. Faktla bağlı cinayət işi açılıb, dəstənin digər cinayətlərdə iştirakı barədə araşdırmalar aparılır.
Müdiainfo.az
Digər xəbərlər