Üç nəfər bıçaqlanıb

Üç nəfər bıçaqlanıb

8 Oktyabr 2015 13:13
Bəyəndim (0) Bəyənmədim (0)

Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oktyabrın 7-də Qaraçuxur qəsəbəsi Şadlinski küçəsində qəsəbə sakinləri 1995-ci il təvəllüdlü Fərman Nəcəfova və 1997-ci il təvəllüdlü Nicat Ramazanova bıçaq xəsarətləri yetirməkdə şübhəli bilinən Saatlı rayon sakini, 1996-cı il təvəllüdlü İsmət Ziyadov tutulub.

Digər hadisə isə Ramana qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1990-cı il təvəllüdlü Yavər Ağayev Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1981-ci il təvəllüdlü Ramid Abdullayev tərəfin dən bıçaqlanıb. R. Abdullayev tutulub.

Mediainfo.az