Maştağada qətl: cinayətkar könüllü təslim oldu

Maştağada qətl: cinayətkar könüllü təslim oldu

5 Oktyabr 2015 11:13
Bəyəndim (0) Bəyənmədim (0)

Oktyabrın 4-də Bakının Maştağa qəsəbəsi sakini 1970-ci il təvəllüdlü Hikmət Rəhimov həmkəndlisi, 1976-cı il təvəllüdlü Elsevər Əliyevi bıçaqla qətlə yetirib və sonra könüllü olaraq Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə gələrək təslim olub. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Mediainfo.az