
Masallıda maskalılar ahıl ər-arvada hücum ediblər
Ötən gecə saat 4 radələrində Masallının Binə Xocavər kənd sakinləri 80 yaşlı Yafər və Rübabə Məmmədovaların yaşadıqları evə maskalılar daxil olub, onların əl-qolunu bağlayıb, zor tətbiq edib, pul, qızlı tələb ediblər. Pul tapa bilməyən maskalılar qadının üzərində və evdə olan zinət əşyalarını götürüb qaçıblar. Faktla bağlı rayonun hüquq-mühafizə orqanlarında əməliyyat-istintaq qrupu yaradılıb. Həmin şəxslərin tapılması istiqamətində iş aparılır.
Mediainfo.az
Digər xəbərlər