
Sevgililər ölkəni tərk etmək istəyiblər, amma polis tərəfindən yaxalanıblar
Bakı şəhər sakini Sədi Məmmədov tanışı Lalə Mahmudova ilə qabaqcadan əlbir olub qadının əri Kamran Mahmudovu öldürmək məqsədi ilə sonuncuların yaşadığı mənzilə gəliblər.
Sədi Məmmədov K.Mahmudovun yatmış vəziyyətdə olmasından istifadə edərək özü ilə gətirdiyi odlu silahdan onun bədəninin müxtəlif nahiyyələrinə bir neçə dəfə atəş açaraq onu qəsdən öldürüb.
Daha sonra Lalə ilə birlikdə meyiti bıçaqla hissələrə bölərək özünə məxsus "BMW" markalı avtomobillə İsmayıllı rayonunda qardaşı Əli Məmmədova məxsus bağ evinin həyətində basdırıblar.
Qətldə cinayətkar qismində tutulan Sədi Məmmədovun yaxınlarının bildirdiyinə görə, hadisə xəyanət üstündə baş verib. Belə ki, öldürülən Kamran Mahmudovun həyat yoldaşı Lalə Mahmudova ilə Sədi Məmmədov uzun illər sevgili münasibətində olublar.
Hər ikisi evil olsa da onlar münasibətlərini hadisə baş verən günə kimi gizli saxlaya biliblər.
S.Məmmədov Bakıda tanınan iş adamlarındandır. O peşəcə zərgərdir. Maddi cəhətdən yaxşı imkanlara sahib olan S.Məmmədovun qətli törətməsinin səbəbi onların əməllərinin Kamran Mahmudov tərəfindən ifşa edilməsi olub.
Həyat yoldaşı L. Mahmudovanın xəyanətindən şübhələnən K.Mahmudov onların izinə düşüb. Gizli aşiqlərin ifşası hadisə baş verən günə təsadüf edib.
Ailələri, tanışları arasında biabır olacaqlarından ehtiyatlanan cütlük K.Mahmudovu qətlə yetirməklə izi itirmək qərarına gəliblər.
Hadisədən sonra birlikdə ölkədən qaçmağı planlaşdıran sevgililərin arzusu polisin müdaxiləsindən sonra ürəklərində qalıb.
Yaxınlarının bildirdiyinə görə, S.Məmmədov əməlini etiraf edib. (azvision)
Mediainfo.az