Qatillər Azərbaycanda tutuldu
Rusiyada qətl törətmiş azərbaycanlı tutulub. Daxili İşlər Nazirliyi xəbər verir ki, Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 103-cü maddəsi ilə (qəsdən adam öldürmə) axtarışda olan Nicat Kiçibəyov tutulub.
Bundan başqa Nərimanov RPİ 16-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gürcüstan Cinayət Məcəlləsinin 108-ci (qəsdən adam öldürmə) və 239-cu (xuliqanlıq) maddələri ilə axtarışda olan Bakı şəhər sakini Eldar Əhmədov tutulub.
Hər iki şəxs ətrafında araşdırmalar aparılır.
Mediainfo.az
Digər xəbərlər