Bakıda quldur tutulub

Bakıda quldur tutulub

30 Sentyabr 2015 15:01
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda quldurluqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyi saytının verdiyi məlumata görə, sentyabrın 29-da Nəsimi rayonunun Cavadxan küçəsində naməlum şəxs Bakı şəhər sakini Xalidə Xələfovaya zor tətbiq edib qızıl boyunbağısını alıb.

Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətmiş paytaxt sakini Nicat Qaragözəlov tutulub.

Faktla bağlı araşdırma aparılır.

Mediainfo.az