Yengəsinə sataşanı öldürdü

Yengəsinə sataşanı öldürdü

30 Sentyabr 2015 14:50
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Elşad Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən E. Mustafayev 13 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Bakı şəhər sakini, əvvəllər beş dəfə məhkum olunmuş 1966-cı il təvəllüdlü Elşad Əlikram oğlu Mustafayev aralarında yaranan münaqişə zəminində həmyerlisi, 1986-cı il təvəllüdlü Namiq Arif oğlu Əliyevi bıçaqlayaraq öldürüb. Rayon polis idarəsi və prokurorluq əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində cinayəti törədən Elşad Mustafayev tutulub. O, istintaqa verdiyi ilkin ifadəsində törətdiyi cinayəti etiraf edib. Araşdırmalar zamanı məlum olub ki, cinayət hadisəsi namus üstündə törədilib. Elşad Mustafayevin qardaşı bir müddət əvvəl vəfat edib. Öldürülən Namiq Əliyev onun mərhum qardaşının dul qalan arvadı ilə intim münasibət qurub. Elşad Mustafayev bundan xəbər tutub və cinayət hadisəsini törədib

Mediainfo.az