Qatil Gürcüstan vətəndaşının məhkəməsi başlayıb

Qatil Gürcüstan vətəndaşının məhkəməsi başlayıb

28 Sentyabr 2015 14:24
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirləndirilən Gürcüstan vətəndaşı Elçin Çobanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmən baxış iclası oktyabrın 1-ə təyin edilib.
Qeyd edək ki, yanvarın 6-da "Sahil" bağında Elçin Çobanov orada mübahisə zəminində it gəzdirən Həsən Həsənov və Orxan Məmmədzadəyə bıçaqla xəsarət yetirib. Həsən Həsənov hadisə yerində ölüb.

Mediainfo.az