Rusiyaya işləməyə gedən azərbaycanlının çıxardığı hoqqa...

Rusiyaya işləməyə gedən azərbaycanlının çıxardığı hoqqa...

25 Sentyabr 2015 14:05
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın Otradnoye şəhərində iki rəfiqəni zorlayan və onlardan birini öldürən Azərbaycan vətəndaşının məhkəməsi başlayır.

Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, hadisə bir il əvvəl Kirovsk rayonunun Otradnoye şəhərində baş verib. Araşdırmalar nəticəsində məlum olub ki, 28 yaşlı Azərbaycan vətəndaşı iki rus rəfiqəsi birgə ilə yerli kafelərin birində spirtli içki içiblər. Gənc oğlan qadınlardan birini söhbət etmək üçün kafedən çölə çağırıb və burada onu zorlayıb. Hadisə zamanı qadın ciddi müqavimət göstərdiyindən oğlan onu boğmağa başlayıb. Qadın huşunu itirdikdən sonra gənc kafeyə qayıdıb və ikinci qızı çölə çıxardaraq zorlayıb, və daşla ölənə qədər döyüb. Bu zaman birinci zorlanan qadın ayılıb və polisə zəng vurub. Polis gənci elə hadisə yerindəcə saxlayıb. Sonradan onun Rusiyada tikinti işində çalışdığı məlum olub.

ediainfo.az