İranlı 11,5 kq narkotiklə tutuldu

İranlı 11,5 kq narkotiklə tutuldu

22 Sentyabr 2015 14:56
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda İran vətəndaşından xeyli miqdarda narkotik vasitə götürülüb.

Daxili İşlər Nazirliyinin saytı bildirir ki, respublikanın daxili işlər orqanları tərəfindən cinayətkarlıqla mübarizə sahəsində daha bir uğurlu əməliyyat tədbiri həyata keçirilib və nəticədə qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitə çıxarılıb.

Belə ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının Yardımlı rayonu ərazisində həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İran İslam Respublikası vətəndaşı Səlmani Sula Behzadandan 11 kiloqram 415 qram tiryək götürülüb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Mediainfo.az