Qayçı ilə adam öldürdü

Qayçı ilə adam öldürdü

21 Sentyabr 2015 14:18
Bəyəndim (0) Bəyənmədim (0)

Beyləqan rayonunda iki nəfər arasında yaranan mübahisə cinayətlə nəticələnib.

Hadisə rayonunun Örənqala kəndindəki çayxanada qeydə alınıb.

Kənd sakini Elçin Qarayev münaqişə zəminində həmkəndlisi Şəmistan Qəhrəmanova qayçı ilə xəsarət yetirib. Xəstəxanaya yerləşdirilən Şəmistan Qəhrəmanov orada ölüb.

Beyləqan Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Qarayev tutulub.

Mediainfo.az