Zaqatalada 86 yaşlı qadın evində öldürüldü
Zaqatala rayonunda qətl hadisəsi baş verib.
Hadisə rayonun Əliabad qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 86 yaşlı Xanpəri Səfərovanın evinə girən maskalı şəxslər onu və həyat yoldaşını hədələyərək pul tələb ediblər. İstədikləri pulu ala bilməyən maskalılar qadını döyərək öldürüb, ərinə isə xəsarət yetirərək hadisə yerini tərk ediblər.
Faktla bağlı cinayət işi başlanıb.
Mediainfo.az
Digər xəbərlər