Xırdalanda 26 yaşlı oğlan bıçaqlandı

Xırdalanda 26 yaşlı oğlan bıçaqlandı

17 Sentyabr 2015 16:21
Bəyəndim (0) Bəyənmədim (0)

Abşeron rayonu Xırdalan şəhərində bıçaqlanma hadisəsi olub.

Hadisə şəhərin Quşçuluq massivində qeydə alınıb. Həmin ünvanda yaşayan 26 yaşlı Sahib Əliməmmədov naməlum şəxs tərəfindən bıçaqlanıb. O, bıçaq xəsarəti ilə 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Sahib Əliməmmədovun kimin tərəfindən bıçaqlandığı məlum deyil. Hazırda polis onu bıçaqlayan şəxsin müəyyən edilərək həbs edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.

Mediainfo.az