Taksi sürücüsünü talayan sərnişin həbs olundu

Taksi sürücüsünü talayan sərnişin həbs olundu

16 Sentyabr 2015 10:56
Bəyəndim (0) Bəyənmədim (0)

Sentyabrın 2-də Nizami rayonu ərazisində taksi fəaliyyəti ilə məşğul olan Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Mehrab Muradova məxsus "Mercedes E-240" markalı avtomobilə sərnişin qismində əyləşən naməlum şəxs soyğunçuluq yolu ilə sürücünün 17 manat pulunu və mobil telefonunu talayıb.

Bakı şəhər Baş Polis İdarəsi Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, hadisəni törətməkdə şübhəli bilinən İmişli rayon sakini, 1988-ci il təvəllüdlü Nahid İbrahimov tutulub.

Mediainfo.az