Sərxoş vəziyyətdə adam öldürdü

Sərxoş vəziyyətdə adam öldürdü

15 Sentyabr 2015 14:48
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Apellyasiya Məhkəməsində Bakı şəhər sakinləri Sənan Zeynalovun və Şirvan şəhər sakini Elvin Əhmədlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Məlumata görə, ötən il noyabrın 1-i gecə saat 02.40-da, Yasamal rayonu, M.Həsənov küçəsi, 69 ünvanında yerləşən "Günəş" kafesində kütləvi dava baş verib. Münaqişə zamanı Bakı sakini Rəsul Süleymanov döş qəfəsindən aldığı bıçaq xəsarətindən xəstəxanaya aparılarkən yolda kəskin qanitirmədən dünyasını dəyişib. Bundan əlavə şəhər sakini Tofiq Mehdiyev kürək nahiyyəsinin, Şirvan şəhər sakinləri - Sakit Qasımzadə və qardaşı Səfər əl və ayaq nahiyələrinin kəsilmiş xəsarətləri ilə Respublika xəstəxanasına daxil olaraq, həyatları xilas edilib.

Səhərisi gün şübhəli şəxslər Yasamal RPİ və 29-cu polis bölməsi əməkdaşlarının birgə əməliyyat tədbirləri nəticəsində saxlanılaraq istintaqa təqdim olunublar.

İstintaqla müəyyən edilib ki, Sənan və Samir Zeynalovlar həmin gecə kafedə spirtli içki qəbul ediblər. Onlar qonşu masada əyləşən iki nəfərlə mübahisə edərək orada olan digər müştərilərin istirahətini pozublar. Bundan bir müddət sonra Sənan digər masada əyləşən Rəsul Süleymanovla mübahisə etməyəy başlayıb, sonra isə söz-söhbətə aydınlıq gətirmək üçün küçəyə çıxıblar. Orada Sənan birinci olaraq kəllə ilə Rəsulun sifətinə zərbə atıb, sonra bunun qarşısını almağa çalışan Tofiq Mehdiyevə üzərindəki bıçaqla bel nahiyyəsindən xəsarət yetirib. Xuliqanlıq hərəkətlərini davam edən Sənan Ruslan Süleymanovun gözü qarşısında qardaşı Rəsulun ürəyindən 1 zərbə vuraraq, onu ölümcül yaralayıb, ardınca isə qardaşı Samir Zeynalovla dava edən Sakit və Səfər Qasımzadə qardaşlarının hər birinə bıçaq zərbələri vurub,
Bundan əlavə istintaqın gedişatında məlum olub ki, 2013-cü ilin avqustunda Sənan Zeynalov 16 yaşına çatmayan L.R (1998-ci il təv.) ailə quraraq, sonuncunun razılığı ilə kirayə yaşadığı 2-ci Alatava qəsəbəsində cinci əlaqədə olub. Bununla əlaqədar ona yuxarıda qeyd olunduğu kimi CM-nin 152-ci maddəsi ilə ittiham elan edilib.
Məhkəmə prosesində Sənan Zeynalov ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, hadisə yerindən qardaşı və digər uşaqlarla taksi ilə kirayə qaldığı evə gedərkən bıçağı pəncərədən tullayıb. Sonra oradan 9-cu mikrorayonda yaşayan tanışının evinə yollanıb, səhərisi gün isə könüllü 29-cu plois bölməsinə gələrək, təslim olub. Təqsirləndirilən şəxs hadisə zamanı sərxoş olduğunu, heç kimi öldürmək niyyətində olmadığını və özünü müdafiə etdiyini qeyd edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sənan Zeynalov 19 il, Elvin Əhmədli 4 il və Samir Zeynalov 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunublar. Hökmdən təqsirləndirilən şəxslər apellyasiay şikayətləri veriblər.
Bakı Apellyasiya Məhkəməsi cinayət işini araşdıraraq birinci instansiya məhkəməsi hökmünün qüvvəsində saxlanılması barədə qərar qəbul edib.

Mediainfo.az