Oğru gənclər həbs edildi

Oğru gənclər həbs edildi

14 Sentyabr 2015 16:55
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Qaradağ rayonunda oğurluq hadisəsi qeydə alınıb.

Qaradağ rayon Polis İdarəsi Cinayət – Axtarış Şöbəsi və 10-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, sentyabrın 10-da saat 16.00 radələrində Lökbatan qəsəbəsində yerləşən ticarət mərkəzində Beyləqan rayon sakini 1994-cü il təvəllüdlü Ayət Elyaslıya məxsus mobil telefonu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Tural Səmədzadə tutulub.

Nəsimi rayon Polis İdarəsi 19-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə avqustun 25-də M.Kazımovski küçəsində 1949-cu il təvəllüdlü Həqiqət Qasımovanın mənzilindən 1560 manat və təqaüd kartı oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunan Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Rüfət Xudayarov tutulub.

Xəzər rayon Polis İdarəsi 1-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə fevralın 8-də gecə saatlarında Zirə qəsəbəsi Sərdarov küçəsində Eldar Ağayevin evindən, pəncərəni açmaqla 425 manat və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Asim Məmmədov tutulub.

Mediainfo.az