Azərbaycanlılarla ermənilər arasında davanın təfərrüatları məlum olub

Azərbaycanlılarla ermənilər arasında davanın təfərrüatları məlum olub

14 Sentyabr 2015 15:58
Bəyəndim (0) Bəyənmədim (0)

24 yaşlı Hacımurad Çiriyev doğulduğu Balakən rayonunda dəfn olunub

Sentyabrın 13-də Rusiyanın Volqoqrad şəhərində erməni tərəfindən odlu silahla qətlə yetirilən azərbaycanlı Hacımurad (Eduard) Nəbi oğlu Çiriyevin meyiti Azərbaycana gətirilib.

Bu barədə Apa-nın Rusiya bürosuna Ümumrusiya Azərbaycan Konqresinin Volqoqrad (ÜAK) üzrə regional bölməsinin sədr müavini Fikrət Məmmədov məlumat verib.

Onun sözlərinə görə, 24 yaşlı Hacımurad doğulduğu Balakən rayonunun Qabaqçöl kəndində dəfn olunub.
ÜAK-ın regional bölməsinin rəhbəri Teymur Həsənov isə açıqlamasında Volqoqradda azərbaycanlılarla ermənilər arasında baş verən hadisənin təfərrüatları barədə danışıb. Onun bildirdiyinə görə, E. Çiriyev dostları ilə birlikdə yeyib-içdikdən sonra şəhərdəki ermənilərin barına getməyə qərar veriblər: "Hüquq-mühafizə orqanlarından mənə verilən məlumata görə, Eduard Çiriyev və dostları birlikdə yeyib içdikdən sonra ermənilərin barına gediblər. Bu zaman onlarla barda olan ermənilər arasında mübahisə düşüb. Barın sahibinin oğlu Virabyan soyadlı erməni avtomobilində olan "Sayqa" tipli tüfəngini götürərək Eduard Çiriyevə atəş açıb. Nəticədə Eduard aldığı güllə yarasından ölüb".
Diaspor rəhbəri hadisənin hüquq-mühafizə orqanlarının nəzarətində olduğunu söyləyib.

Qeyd edəki, azərbaycanlını öldürən erməni Volqoqraddakı erməni diasporunun bir müddət rəhbəri olmuş Vyaçeslav Virabyanın oğludur.

Mediainfo.az