Həbsxanada törədilən qətlin təfərrüatı açıqlandı

Həbsxanada törədilən qətlin təfərrüatı açıqlandı

11 Sentyabr 2015 16:39
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda 2 saylı Cəza Çəkmə Müəssisəsində dustaqlar arasında baş verən qətl hadisəsinin təfərrüatları məlum olub.

"Vesti.az"ın verdiyi məlumata görə, hadisə məhkumlar televizor proqramını izləyən zaman törədilib.

Gürcüstan vətəndaşı olan məhkum Famil Hüseynov aralarında yaranmış mübahisə zəminində digər dustaq, Masallı rayonunda anadan olmuş Həsən Əliyevə üzərində qanunsuz gəzdirdiyi bıçaqla zərbə endirib. Zərbə Həsən Əliyevin qara ciyərini zədələyib və o, beş dəqiqədən sonra keçinib.

Bildirilir ki, dustaqlar televizorda ayrı-ayrı verilişlərə baxmaq istəyiblər. Bu zaman onların arasında mübahisə düşüb və tərəflər söyüşə keçiblər.

Mediainfo.az