Öldürməzdən əvvəl cinsi əlaqədə olub  - DƏHŞƏT

Öldürməzdən əvvəl cinsi əlaqədə olub - DƏHŞƏT

11 Sentyabr 2015 15:29
Bəyəndim (0) Bəyənmədim (0)

Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir

Sentyabrın 8-də Kürdəmir rayonunda törədilmiş dəhşətli qətlin bəzi təfərrüatları məlum olub. Hüquq-mühafizə orqanları tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində 14 yaşlı İ.B-nın (oğlan) 22 yaşlı S.M tərəfindən qətlə yetirildiyi məlum olub.

Araşdırmalar nəticəsində üzə çıxıb ki, hadisədən əvvəl gənc oğlan özündən 8 yaş kiçik həmcinsinə qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib və onunla qeyri-təbii yolla cinsi əlaqədə olub. Bundan sonra kənd sakinləri arasında hələlik dəqiqləşməmiş səbəbdən münaqişə yaranıb və S.M 14 yaşı hələ tamam olmamış İ.B-nı boğub. O, daha sonra yeniyetmənin meyitini su kanalının kənarına ataraq hadisə yerindən uzaqlaşıb.

Qeyd edək ki, İ.B-nın yoxa çıxdığını görən yaxınları onun axtarışına başlayıb və hadisədən bir gün sonra onun meyiti tapılıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Mediainfo.az