15 il axtarılan qatil yaxalandı

15 il axtarılan qatil yaxalandı

10 Sentyabr 2015 14:26
Bəyəndim (0) Bəyənmədim (0)

Gəncədə 15 il əvvəl qətl törədən şəxs həbs edilib.

Məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan Elsevər Əsgərov Qazaxstanın Astana şəhərində tutularaq respublikamıza gətirilib.

Elsevər Əsgərov 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 94-cü (qəsdən adam öldürmə) maddəsi ilə axtarışda olub.

Mediainfo.az