Həyat yoldaşını baltaladı

Həyat yoldaşını baltaladı

10 Sentyabr 2015 14:12
Bəyəndim (0) Bəyənmədim (0)

Paytaxtda ərlə arvad arasında mübahisə sonda birinin baltalanması ilə nəticələnib.

Məlumata görə, hadisə Xətai rayonu ərazisində baş verib.
Telnov küçəsində yaşayan 1965-ci il təvəllüdlü Yusif Ağayev evdə arvadı ilə şəxsi münasibətlər zəminində mübahisə edib. Davanın sonunda ər arvadı Gülnarəni baltalayıb. O, arvadının baldır nahiyəsindən balta ilə vuraraq kəsib. Yaralanan Gülnarə Su-tikinti xəstəxanasına yerləşdirilib.

Mediainfo.az