Quldur dəstə ifşa edilib

Quldur dəstə ifşa edilib

7 Sentyabr 2015 15:41
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda soyğunçuluq və oğurluqda şübhəli bilinən şəxslər tutulub.

Daxili İşlər Nazirliyi saytın;n verdiyi məlumata görə, Suraxanı rayon Polis İdarəsi 31-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 2-də Sultan Sultanlının mobil telefonunu soyğunçuluq yolu ilə almış Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Emil İsmayılov tutulub.

Lənkəran şəhər Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə sentyabrın 5-də Nilufər Əliyevanın qızıl sırğasını soyğunçuluq yolu ilə almış şəhər sakini Zəki Quliyev saxlanılıb.

Suraxanı və Biləsuvar rayonlarında isə oğurluqda şübhəli bilinən şəxslər tutulub. Suraxanı rayon Polis İdarəsi 31-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il yanvarın 2-də İbrahim Salayevin mobil telefonunu oğurlamış Bakı şəhər sakini Heydər Əmrahov tutulub.
Biləsuvar rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə ötən il dekabrın 4-də Mətanət Səlifovanın evindən 250 manat pul və qızıl əşyalar oğurlamış Cəlilabad rayon sakini Xanımgül Təhməzova saxlanılıb.

Hər bir faktla bağlı araşdırma aparılır.

Mediainfo.az