Oğurluq edən azyaşlılar saxlanılıblar

Oğurluq edən azyaşlılar saxlanılıblar

7 Sentyabr 2015 11:01
Bəyəndim (0) Bəyənmədim (0)

Suraxanı Rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsi və 31-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 2-də saat 14 radələrində Ramana qəsəbəsində yerləşən internet klubda qəsəbə sakini İbrahim Salayevin mobil telefonunu masanın üzərindən oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, 2001-ci il təvəllüdlü Heydər Əmrahov müəyyən olunaraq saxlanılıb.

Xətai Rayon Polis İdarəsi 34-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 5-də saat 16 radələrində Sarayevo küçəsində Ramiz Mustafayevə məxsus velosipedi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri – 2001-ci il təvəllüdlü İlkin Vəliyev və 2003-cü il təvəllüdlü Tural Əbilov müəyyən olunaraq saxlanılıb.

Mediainfo.az