
Həyat yoldaşını liftdə bıçaqlayana hökm oxundu
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bir neçə ay öncə liftdə arvadını bıçaqlayan 1979-cu il təvəllüdlü Təhmasib Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Təhmasib Mirzəyev həyat yoldaşı, 1991-ci il təvəllüdlü Mirzəyeva Nigar Hümbət qızını yaşadıqları binada bıçaqlayıb. T.Mirzəyev həyat yoldaşını binanın liftində çoxsaylı bıçaq zərbələri vurub. Bundan sonra ər özü də qollarında damarlarını kəsərək intihara cəhd edib. Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 29-cu (Cinayət etməyə cəhd) və 120-ci (Qəsdən adam öldürmə) maddələri ilə təqsirləndirilən Təhmasib Mirzəyev 14 il müddətinə azadlıqdan məhrum edilib.
Mediainfo.az
Digər xəbərlər