20 yaşlı oğlanı döyərək reanimasiyalıq edənlər axtarışdadır

20 yaşlı oğlanı döyərək reanimasiyalıq edənlər axtarışdadır

3 Sentyabr 2015 13:02
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda 20 yaşlı oğlan ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Bayıl qəsəbəsi, Neftçi Qurban küçəsi 17 ünvanının qarşısından 1995-ci il təvəllüdlü Nəsirov Aslan Rauf oğlu əvvəlcə 3 saylı təcili tibbi yardım stansiyasına, oradan da Kliniki Tibbi Mərkəzə gətirilib. Reanimsiyaya yerləşdirilən A.Nəsirovun vəziyyəti ağır olduğundan onu dindirmək, hadisənin hansı şəraitdə, kim tərəfindən törədilməsi mümkün olmayıb. İlkin araşdırmalar zamanı gənc oğlanın baş nahiyəsində xəsarətlərin olduğu, onun kəllə-beyin travması aldığı üzə çıxıb. Araşdırmalar davam etdirilir.

Mediainfo.az