16 yaşlı soyğunçu tutulub

16 yaşlı soyğunçu tutulub

3 Sentyabr 2015 12:22
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda soyğunçuluq edən 16 yaşlı oğlan tutulub.

Bakı şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, Səbail RPİ CAŞ və 9-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, avqustun 30-da saat 17:30 radələrində N.Rəfibəyli küçəsində Bakı şəhər sakini 2001-ci il təvəllüdlü Tamerlan Calalzadəyə zor tətbiq edərək 100 ABŞ dollarını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Fuad Hüseynov yaxalanıb. Araşdırmalar davam etdirilir.

Mediainfo.az