Xətai rayonunda qumarxana aşkarlanıb - FOTO

Xətai rayonunda qumarxana aşkarlanıb - FOTO

3 Sentyabr 2015 10:23
Bəyəndim (0) Bəyənmədim (0)

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Bakı şəhərində fəaliyyət göstərən qanunsuz qumarxana aşkar ediblər.

Xətai rayonu, Zığ yolu, 15 ünvanında fəaliyyət göstərən kafedə qumar oyunlarının təşkil edilməsi bildirilib.

Keçirilən əməliyyat tədbiri nəticəsində iaşə obyektini icarə əsasında işlədən Süleyman Vəliyev, həmin kafenin administratorları Zəmanət Hüseynli, Vasif Hacıyev və orada qumar oynayan daha 5 nəfər şəxs saxlanılıb.

Dindirilmə zamanı adıçəkilən şəxslər həmin obyektdə qanunsuz qumar oyunları təşkil etdiklərini etiraf ediblər.

"10 gün bundan öncə Zığ yolu 15 ünvanında dostum Zəmanətlə iaşə obyektini kirayə götürdüm. Obyekti təmir edib işləməyə başladıq. Məhəllə uşaqlar kafeyə gələrək arxa otaqda qumar oynayıblar" , - deyə saxlanılan şəxs Süleyman Vəliyev bildirib.

Baxış zamanı obyektdən "poker" oyun kart dəsti, qumar oyunlarına qoyulan pul vəsaiti maddi sübut kimi aşkar olunaraq götürülüb. Məlum olan faktla bağlı başlanılan araşdırmalar davam etdirilir. (ans)

Mediainfo.az