Suraxanıda iki qardaş bıçaqlanıb

Suraxanıda iki qardaş bıçaqlanıb

31 Avqust 2015 12:06
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Suraxanı rayonu ərazisində 1991-ci il təvəllüdlü İbrahim Dadaşov yaşadığı evin qarşısında mübahisə zəminində Suraxanı rayon sakinləri Elşən və Elçin İsrafilov qardaşlarına çoxsaylı bıçaq zərbələri ilə xəsarət yetirib. Yaralıların hər ikisi 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Lakin həkimlərin səyinə baxmayarq qardaşlardan birinin, 1985-ci il təvəllüdlü Elşən İsrafilovun həyatını xilas edə bilməyiblər. Faktla əlaqədar cinayət işi başlanılıb, istintaq-əməliyyat işləri aparılır.

Mediainfo.az