16 yaşlı oğlan əmisini qətlə yetirib

16 yaşlı oğlan əmisini qətlə yetirib

18 İyul 2011 10:32
697
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gecə paytaxtda qətl törədilib. Hadisə Binəqədi rayonun Rəsulzadə qəsəbəsi, Bəhlulzadə küçəsi, keçid 1, ev 1-də qeydə alınıb. Həmin ünvanda yaşayan, 1995-ci il təvəllüdlü Elvin Sarıyev mübahisə zəminində əmisi, 1968-ci il təvəllüdlü Rizvan Sarıyevi ürəyindən bıçaqlayıb. R. Sarıyev aldığı bıçaq xəsarətindən yerindəcə dünyasını dəyişib. Hadisəni törədən E. Sarıyev hadisə yerindən qaçıb. Hadisəni törədən E. Sarıyevin ailə üzvlərinin istintaqa verdiyi ifadəyə görə, mərhum R. Sarıyev iki ay əvvəl həbsdən çıxıb. Qardaşı ilə yeyib içəndən sonra atasını təhqir etdiyini görən E. Sarıyev əmisini vurub. Faktla cinayət işi başlanıb.

Qan qohumunun qanını tökdü.

Tofiq Əliyev

O.M.