Xırdalan sakini bıçaqlandı
Abşeron rayonunda bıçaqlanma hadisəsi olub.
Hadisə rayonun Nübar qəsəbəsində qeydə alınıb. Məlumata görə, Xırdalan şəhər sakini Zaur Mədətov bıçaqlanıb. Məlumata görə, Zaur Mədətov naməlum şəraitdə bıçaqlanıb. O, kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş qəsəbə sakini İsmayıl Nəsibov tutulub.
Faktla bağlı cinayət işi başlanıb.
Mediainfo.az
Digər xəbərlər
































































































