5 manata 11 il  həbs

5 manata 11 il həbs

26 Avqust 2015 17:42
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qadının əl çantasını alıb qaçan iki gəncin məhkəmə prosesi başa çatıb.

Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Ucar rayon sakini, 1993-cü il təvəllüdlü Yelmar Surxayzadə və Bakı şəhər sakini, 1998-ci il təvəllüdlü Xəyal İsmayılovun bu ilin fevralın 10-da saat 07:15 radələrində, M.Davudoğlu küçəsində "VAZ-2108" markalı avtomobillə Bakı şəhər sakini Hüsniyyə Seyidəliyevanın içərisində 5 manat və şəxsi əşyaları olan əl çantasını soyğunçuluq yolu ilə talayıblar.

Hökmə əsasən Yelmar Surxayzadə 4 il, Xəyal İsmayılov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Mediainfo.az