“Şah” hamamının “hamampulu”nu apardılar
Bakıda hamamda cinayət baş verib. Daxili İşlər Nazirliyi mətbuat xidməti xəbər verir ki, avqustun 23-də Binəqədi rayonu ərazisində yerləşən "Şah" hamamının xəzinəsindən 1845 manat oğurlanıb. Binəqədi RPİ 7-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş orada işləyənlər - Yevlax rayon sakini Kərimxan Kərimov, Ağdaş rayon sakini Vüsal Əyyublu və Ucar rayon sakini Hüseyn Cəfərzadə tutulub.
Araşdırmalar davam etdirilir.
Mediainfo.az
Digər xəbərlər
































































































