"Azərittifaq"ın rayon şöbəsinin keçmiş sədri narkotiklə tutuldu

"Azərittifaq"ın rayon şöbəsinin keçmiş sədri narkotiklə tutuldu

15 İyul 2011 11:46
Bəyəndim (0) Bəyənmədim (0)

Qax rayonunda narkotik vasitə satan şəxs həbs edilib. Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Qax RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1951-ci il təvəllüdlü, Qax şəhər sakini Cəlilov Tofiq Həsən oğlu şərti alıcıya narkotik vasitəni satarkən saxlanılıb. Tofiq Cəlilovdan 0,684 qram ağır narkotik vasitə hesab edilən heroin götürülərək maddi sübut kimi istintaqa təhvil edilib. Qeyd edək ki, Tofiq Cəlilovun vaxtilə "Azərittifaq"ın Qax rayon şöbəsinin sədri vəzifəsində çalışdığı, hazırda alverlə məşğul olduğu bildirilir. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Başqalarının həyatını zəhərləmək istəyərkən öz həyatı zəhər oldu.

Tofiq Əliyev

O.M.