Döyərək pulunu və üzüyünü aldılar

Döyərək pulunu və üzüyünü aldılar

21 Avqust 2015 14:23
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda paytaxt sakinini döyərək pulunu və üzüyünü alan şəxslər tutulub. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Məlumata görə, Nəsimi rayonu ərazisində 2 naməlum şəxs Bakı şəhər sakini Əli Quliyevi döyüb, habelə bıçaqla hədələyərək 52 manatını və üzüyünü alıb.

Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsini əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Bakı şəhər sakini Asiman Yusifli və Salyan rayon sakini Əli Əliyev tutulub.

Nəsimi Rayon Polis İdarəsi faktla bağlı araşdırma aparır.

Mediainfo.az