Ucarda vəhhabi falçını bıçaqlayıb!

Ucarda vəhhabi falçını bıçaqlayıb!

20 Avqust 2015 11:57
Bəyəndim (0) Bəyənmədim (0)
Yaralının vəziyyəti ağırdır

Ucarın Qaracallı kənd sakini 29 yaşlı Abdulrəhmanov Ruslan Mövlud oğlu xalası 50 yaşlı Qafarova Məlahət Zeynal qızını bıçaqlayıb. Qarın nahiyəsindən çoxsaylı bıçaq zərbəsi almış M. Qafarova təcili olaraq Göyçay Mərkəzi Rayon Xəstəxanasında əməliyyat olunub. Həkimlər yaralının vəziyyətini son dərəcə ağır qiymətləndirir.

R. Abulrəhmanov rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Hadisənin dəqiq baş vermə səbəbi araşdırılır.

İlkin məlumata görə, hadisəyə səbəb M. Qafarovanın falçılıq etməsi, vəhhabi olan R. Abulrəhmanovun isə buna qarşı çıxmasıdır.

Mediainfo.az