Nemtsovun qızı Kadırovun istintaqda dindirilməsini tələb edir
Nemtsov ailəsinin vəkili Vadim Proxorov Kadırovun istintaqda dindirilməsi ilə bağlı iddianın Rusiay İstintaq Komitəsi tərəfindən rədd edilməsinə görə şikayət ərizəsi ilə məhkəməyə müraciət edib.
Avropa.info xəbər verir ki, Nemtsovun qızı Janna Nemtsova Kadırovdan əlavə Dumanın deputatı Adəm Delimxanovun, "Şimal" batalyonu komandiri Əlibəy Delimxanovun, Şelkovsk rayonun polis rəisi Vaxu Geremeyevin və Çeçenistanda təmsil olunan senator Süleyman Geremyevin istintaqda dindirilməsini tələb edirdi.
Nemtsovun vəkili məhkəmədən eyni zamanda İstintaq Komitəsinin hərəkətini qanunsuz saymasını istəyib.
Bu ilin aprel ayında Ramzan Kadırov bəyan etmişdi ki, Boris Nemtsovun qətli ilə bağlı ifadə verməyə hazırdır, əgər bu istintaq kömək edəcəksə. Proxorovun dediyinə görə istintaq may ayında Kadırovu dindirməkdən imtina edib.
Kadırov "Şimal" batalyonunun sabiq komandiri Ruslan Geremeyevin ifadə verəcəyini desə də, Geremeyev ölkədən qaçıb. Geremyevin dəqiq yeri məlum deyil. Amma onun Abu-Dabidə olduğu deyilir.
Boris Nemtsovun qızı Janna Nemtsova isə təhdid olunduğunu səbəbə gətirərək, bu ilin iyununda Rusiyanı tərk etmişdi. Atasının qətlinin siyasi məsuliyyətini isə Kremlin boynuna qoymuşdu.
Mediainfo.az








































.jpg)

.jpg)




.jpg-8.jpg)
.jpg)
.jpg-1.jpg)












































