3 yaşlı körpənin qatili- FOTO
"Report"un hüquq-mühafizə orqanlarından əldə etdiyi fotonu təqdim edirik.
Qeyd edək ki, Şəmkir rayonunda qıcolmadan öldüyü ehtimal edilən uşağın qəsdən öldürüldüyü məlum olub. Belə ki, 2015-ci ilin aprel ayında rayonun İlmaşlı kəndinin 32 yaşlı sakini Fariz Mirzəyev qeyri-rəsmi nikahda yaşadığı 25 yaşlı Bahar Hüseynovanın 3 yaşlı oğlu Nihada zor tətbiq edərək onun ölümünə səbəb olub. Ögey ata uşağın qıcolmadan öldüyünü bildirib. Uşaq İlmaşlı kəndində yerləşən qəbiristanlıqda basdırılıb. Şəmkir rayon Prokurorluğu və Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində azyaşlının hər hansı bir xəstəlikdən deyil, 32 yaşlı Fariz Mirzəyev tərəfindən öldürüldüyü 1 il sonra müəyyən edilib.
Hazırda şübhəli şəxs saxlanılıb və ona qarşı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb.
Mediainfo.az































































































