Türkiyənin axtardığı azərbaycanlı Rusiyada tutuldu
Türkiyə tərəfindən İnterpol vasitəsilə beynəlxalq axtarışa verilən azərbaycanlı Rusiya ərazisində saxlanılıb. "in-news.ru" saytı xəbər verir ki, saxlanılan şəxs Türkiyəyə ekstradisiya olunub.
Saxlanılan şəxsin adı açıqlanmayıb. O, Türkiyə ərazisində qətl törətməkdə təqsirli bilinir. Azərbaycanlı Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Koqalm şəhərində saxlanılıb.
Türkiyə məhkəməsi onun barəsində qiyabi hökm çıxarmışdı.
Mediainfo.az
Digər xəbərlər

















































.jpg)

.jpg)











































