Sevdiyi qızı öldürənin məhkəməsi başladı

Sevdiyi qızı öldürənin məhkəməsi başladı

17 Avqust 2015 14:16
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Ağır Cinayətlər Məhkəməsində 11-ci sinif şagirdini qətlə yetirməkdə ittiham olunan Gürcüstan Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü İzzət Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. İzzət Hüseynov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Məhkəmə prosesi avqustun 21-ə təyin edilib.

Qeyd edək ki, bu ilin aprelin 29-da Nizami rayonun Bəhruz Nuriyev küçəsində İzzət Hüseynov sevdiyi qızı, 1998-ci il təvəllüdlü Aytac Babayevanı qətlə yetirib. Hadisə sevgililər arasında yaranan şəxsi münasibətlər zəminində baş verib. Cinayəti törədən şəxs həbs edilib.

Mediainfo.az