Gədəbəydə ana ilə balanı qətlə yetirən şəxs 4 aydan sonra yaxalandı

Gədəbəydə ana ilə balanı qətlə yetirən şəxs 4 aydan sonra yaxalandı

17 Avqust 2015 13:22
Bəyəndim (0) Bəyənmədim (0)

Bu ilin aprel ayında Şəmkir rayonun Totanlı yaşayış massivində Gədəbəy rayon Əli İsmayılov kənd sakini, 1990-cı il təvəllüdlü Bahar Hüseynova və onun 2 yaşlı oğlu Nihad qətlə yetirilib. Keçirilən əməliyyat istintaq tədbirləri nəticəsində Şəmkir rayon İrmaşlı kənd sakini, 1983-cü il təvəllüdlü Fariz Mirzəyev şübhəli şəxs qismində saxlanılıb.

Məlumata görə, F. Mirzəyev B. Hüseynovla qeyri-rəsmi nikahda yaşayırmışlar. Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma aparılır.

Mediainfo.az