Azərbaycan vətəndaşının Ukraynada başı kəsildi

Azərbaycan vətəndaşının Ukraynada başı kəsildi

14 İyul 2011 14:07
Bəyəndim (0) Bəyənmədim (0)

Zərdab rayonunun Məmmədqasımlı kənd sakini Abdullayev Kamal Abdulla oğlu Ukraynada qətlə yetirilib. APA-nın məlumatına görə, hadisə Donetsk şəhərində, dünən axşam saatlarında baş verib. Məlumata görə, 1962-ci il təvəllüdlü K.Abdullayevin başı kəsilib. Mərhumun meyiti bu günlərdə doğulduğu kəndə gətiriləcək. Onun uzun müddətdir Ukraynada, ailəsinin isə Zərdabda yaşadığı bildirilir. Məlumatlara görə, K. Abdullayev bir qədər əvvəl Ukraynada məhkumluq həyatı yaşayıb.

Ölməyə vətən yaxşı.

Tofiq Əliyev

O.M.