RF-da 6 uşağını və həyat yoldaşını qətlə yetirənin cinayətinə görə iki polis saxlanılıb

RF-da 6 uşağını və həyat yoldaşını qətlə yetirənin cinayətinə görə iki polis saxlanılıb

7 Avqust 2015 15:24
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya İstintaq Komitəsi Nijni Novqorodda kütləvi qətlə gətirib çıxarmış səhlənkarlıq işi üzrə 5 polis əməkdaşından ikisini saxlayıb.

Apa-nın Rusiya İstintaq Komitəsinin saytına istinadən verdiyi məlumata görə, müəyyən edilib ki, sahə müvəkkili Vladimir Filimonov və onun rəisi Viktor Miller şübhəli şəxs qismində saxlanılan Oleq Belovun həyat yoldaşının müraciətlərinə 4 dəfə rədd cavabı veriblər.

Yaxın zamanlarda istintaq həmin şəxslər barədə həbs qəti-imkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə müraciət etməyi planlaşdırır.

Qeyd edək ki, bir neçə gün bundan öncə Nijni Novqorodda evdə ana və 6 uşağının hissələrə ayrılmış meyiti aşkarlanıb. İstintaq müəyyən edib ki, öldürülənlər Oleq Belovun həyat yoldaşı və 6 uşağıdır.

O. Belov saxlanılaraq istintaqa təhvil verilib.

Mediainfo.az