Paytaxtda ticarət mərkəzinə silahlı basqın

Paytaxtda ticarət mərkəzinə silahlı basqın

14 İyul 2011 10:26
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün səhər Bakı şəhəri Qaradağ rayonunda yerləşən Binə ticarət mərkəzində valyuta dəyişmə məntəqəsinə silahlı basqın olub. Hadisə şahidlərinin ANS PRESS-ə verdiyi məlumata görə, naməlum şəxslər atəş açaraq məntəqənin bir işçisini qətlə yetiriblər. Şahidlərin sözlərinə görə, güllə onun alın nahiyəsinə dəyib. Məlumata görə, məntəqənin digər işçisi isə qaçaraq silahlı şəxslərdən yayına bilib. Şahidlər bildirdi ki, məntəqədən pul da aparılıb. Hazırda hadisə yerinə polislər yollanıb.

Qanundan qaçmaq heç də hadisə yerindən qaçmaq qədər asan deyil.

Tofiq Əliyev

O.M.