DİN alimin avtomobillə vurulub öldürülməsi ilə bağlı açıqlama verdi - FOTO

DİN alimin avtomobillə vurulub öldürülməsi ilə bağlı açıqlama verdi - FOTO

7 Avqust 2015 12:41
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Daxili İŞlər Nazirliyi (DİN) Bakıda alimin avtomobillə vurularaq öldürülməsi barədə məlumat yayıb.

Mediainfo.az-ın DİN-nin saytına istinadən xəbərinə görə, avqustun 6-da saat 16.00 radələrində Yasamal rayonunun H.Cavid prospektində Bakı şəhər sakini Ruslan İsmayılov idarə etdiyi "Daewoo" markalı avtomobillə yolu keçən paytaxt sakini Seyid Nisə Seyid Rzayevanı vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb. Yasamal RPİ tərəfindən araşdırma aparılır. Qeyd edək ki, S.Seyidrzayeva AMEA-nın Fizika İnstitutunun aparıcı elmi işçisi, alimdir.

Mediainfo.az