Qatil gəncə hökm oxunub

Qatil gəncə hökm oxunub

5 Avqust 2015 17:14
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bir nəfəri qətlə yetirməkdə, 2 nəfərə xəsarət yetirməkdə təqsirləndirilən Goranboy rayon sakini, 21 yaşlı Orxan Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Orxan Abdulayev 19 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il Xətai rayonunda çörəkbişirmə sexinin qarşısında baş verib. Bakı sakini Elşad Kərimov qətlə yetirilib. Qətli törətmiş Orxan Abdullayev bildirib ki, cinayəti mübahisə zəminində törədib. O, iş yoldaşı ilə mübahisə edərkən Elşad Kərimov məsələyə aydınlaşdırmaq üçün müdaxilə edib. Nəticədə onlar dalaşıblar. Orxan Abdullayev bıçaqla Elşad Kərimova qarın nahiyəsindən 1 zərbə endirib. Yaralı müqavimət göstərdikdə isə Orxan Abdullayev ona bədəninin müxtəlif yerindən əlavə 3 bıçaq zərbəsi vurub. Orxan Abdullayev həmçinin onları aralaşdırmaq istəyən iş yoldaşları Anar Süleymanov və Ömər Cəbrayılzadəyə də bıçaqla yüngülxəsarətlər yetirib.

Mediainfo.az